Azərbaycanda bir gündə iki dəfə ardıcıl zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3, 1 bal gücündə zəlzələ qeydə alınıb. 

Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub. 

Zəlzələlər hiss olunmayıb.

Xatırladaq ki, bu səhər Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS-ə daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 06.38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. 

10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir. 

Zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib. 

Quba rayon icra başçısının müavini Afət Həsənovanın verdiyi məlumata görə, zəlzələ rayonun kəndlərində də hiss olunub.