“Biz Azərbaycan başda olmaqla, dost və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini böyütdük”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

“Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri layihələri bu dəhlizin uğurla həyata keçirdiyi iki təməl komponentdir. Türkiyə və Azərbaycan tərəfindən Transanadolu boru xətti layihəsi də, yəni TANAP adı ilə inkişaf etdirilib”, - deyə Türkiyə prezidenti qeyd edib.

O, həmçinin deyib ki, Türkiyə təbii qaz və yanacaq ehtiyatlarının 3/4 malik bölgə ölkələri ilə Avropada istehlakçı bazarlar arasında olduqca önəmli mövqeyə malikdir: “Bu üstün mövqe Türkiyəyə enerji təhlükəsizliyi sahəsində imkanlarla təqdim etməklə yanaşı, öhdəliklər qarşısında da qoyur”./apa/