Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə işgüzar səfər edib.

Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçiriləcək./azertac/