Bundan əvvəl şirkət öz avtomobilin reklamında Jan Klod Vandammı çəkmişdi

İstehsal etdiyi məhsulların təbliği üçün qeyri-adi reklamları ilə məşhurlaşan Volvo şirkəti növbəti maraqlı bir videoçarx təqdim edib. Videoçarxda San Remo Casino-da (San Remo şəhəri, İtaliya) kamerdiner (qonaqların avtomobillərini dayanacaqa aparan şəxs) vəzifəsinə yeni düzələn gənci sınaqdan keçririrlər.  

Gizli kamera kamerdinerin ətrafda baş verənlərə reaksiyasını çəkir və onun necə təəccübləndiyini göstərir.

“Reklam çarxının əsas mahiyyəti isə bundan ibarətdir: Bizim yeni Shift Gearbox-un idarə olunması idman avtomobilindən heç nə ilə fərqlənmir”, - deyə, rejissor Henri-Aleks Rubin deyir.

Qeyd edək ki, bundan əvvəl Volvo-nun digər yük maşınının reklamında məşhur Hollivud aktyoru Jan Klod Vandamm çəkilmişdi./oxu.az/