Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 84 nəfərə şamil olunub.

Siyahıda “N!DA” Vətəndaş Hərəkatının üzvləri Novruzlu Şahin İbrahim oğlu, Quliyev Bəxtiyar Səməndər oğlu, Mürsəlli Elsevər Nəsrəddin oğlunun da adları yer alıb.

Onlar bir müddət əvvəl ölkə prezidentinə əfv olunmaları ilə bağlı müraciət məktubu ünvanlamışdılar.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında hüquq müdafiəçisi Hüseynli Həsən Yəhya oğlunun da adı var./ans/