Azərbnaycanın işğal olunmuş torpaqlarında girov götürülən Azərbaycan vətəndaşları Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəmə vaxtı təyin olunub. 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk məhkəmə iclası oktyabrın 27-də Xankənd 1-ci instansiya məhkəməsində keçiriləcək. Məhkəmə prosesinəhakim Anatoli Tadeviosyanın sədrlik edəcək.

Qeyd edək ki, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyunun 29-da girov götürülüb, digər girov Həsən Həsənov isə qətlə yetirilib.