Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Bakı Atatürk Liseyinin direktoru Ali Devrim iştirakçıları və Azərbaycan xalqını milli müstəqillik günü ilə bağlı təbrik edib və çıxışında bu günün türk dünyası üçün əlamətdar bir hadisə olduğunu söyləyib. 

Liseyinin direktoru həmçinin Azərbaycanda xidmət etməyindən qürur duyduğunu bildirib.

Sonda tədbir Türkiyədən qonaq gələn sənətçi Tarkan Erkinin ifasında musiqili proqramla, Ümid Şirinov Ritm qrupu və Kabardin-Balkar Muxtar Respublikasından Bakıda qonaq olan Cənnət və Bella qardaşlarının rəqsləri ilə davam edib.