“Bənövşəyi xəttin ilk iki stansiyası olacaq “Avtovağzal” və “Memar Əcəmi -2” stansiyalarının 2015-ci ildə açılması nəzərdə tutulub”.

Bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  deyib.

Hazırda işlərin böyük əksəriyyətinin görüldüyünü qeyd dən Nəsimi Paşayev  Fransanın “Thales” şirkəti ilə bağlanan müqaviləyə görə alınan işarə vermə və idarəetmə avadanlıqlarının da quraşdırılmasına başlandığını vurğulayıb. 

O, yeni stansiyalarda yanğından mühafizə, əvvəlcədən xəbərdaredici yanğın siqnalizasiya sisteminin, tam avtomatlaşdırılmış əlillər üçün liftlərin  quraşdırılacağını da deyib: 

“Təbii ki, həmin xətt üzrə hərəkət edəcək yeni vaqonlar da alınacaq. Platformalar 7 vaqon üçün nəzərdə tutulsa da, ilk etapda 5 vaqonluq qatarlardan istifadə ediləcək. Hər biri 5 vaqondan ibarət olmaqla 3 qatardan istifadə edilməsi nəzərdə tutulub, ümumilikdə 15 vaqon olacaq”.