Ermənistan prezidenti Serj Sərkisyan İrandan olan həmkarı Həsən Ruhani  qodarma “erməni soyqırımı”nın 100 illik tədbirinə dəvət edib. 

Serj Sərkisyanın dəvətini Tehranda səfərdə olan baş nazir Ovik Abramyan İran prezidenti Həsən Ruhani ilə görüşündə ona çatdırıb.

Görüşdə Həsən Ruhani  Ermənistan prezidentinə və erməni xalqına isti salamlarını göndərib.  

Qeyd edək ki, Ermənistan və dünyadakı erməni lobbisi uydurma “soyqırımı”nın 2015-ci ilin 24 aprelində keçiriləcək 100 illiyi ilə bağlı böyük tədbirlər planı hazırlayır./modern.az/