Türkiyənin ən güclü səslərinin seçildiyi "O Səs Türkiyə" də daha bir azərbaycanlı heyran edib.

Bu dəfə səhnəyə cənubi Azərbaycandan olan Əsgər Bagiri çıxıb. ANS-in məlumatına görə, o İbrahim Tatlısəsin repertuarından mahnı ifa edib.

37 yaşlı ifaçı "Haydi söylə" mahnısını səsləndirb.

İfadan sonra ilk olaraq müğənni Gökhan, sonra isə digərləri ona çevriliblər.

Ə.Bagirinin seçimi Ebru Gündəşdən yana olub. O, seçimini elan etməmişdən əvvəl xanım ifaçı ilə kiçik duet də ifa edib. Belə ki, onlar birlikdə Aşıq Ələsgərin "Düşdü" qoşmasını ifa ediblər