2 saylı CÇM-ə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
 
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndində yaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır. 
 
Qeyd edək ki, Orxan Ağasəf oğlu Səfərəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib./bizimyol/