Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib.
 
Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir:

“Məsələn, “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”./apa/