Bakıda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.