Bakıda avtomobillərə qənim kəsilən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Salyan rayon sakini Kənan Həsənov tutulub.

Məlum olub ki, o, oktyabrın 3-nə keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus «Mercedes» markalı avtomobilin yan güzgüsünü, oktyabrın 8-nə keçən gecə H.Seyidzadə küçəsində Həmid Muxtarova məxsus «Hyundai» markalı avtomobildən geyim əşyaları götürüb, oktyabrın 20-də isə Cavadxan küçəsində Kamran Eynullayevə məxsus «Audi» markalı avtomobilin şüşəsi sındırılmaqla oğurluğa cəhd edib.