İŞİD silahlı qruplaşması ilə girov mübadiləsi Türkiyə ilə Danimarka arasında yeni münaqişə yaradıb. 

“Hedeqorun işi” adlandırılan münaqişə üzündən Danimarka Türkiyənin Avropa Birliyi üzvlüyü meyarlarına uyğun olub-olmaması ilə bağlı məsələ qaldırmaq istəyir. 

Danimarka hökuməti danimarkalı publisist, İslamı sərt tənqid edən Lars Hedeqora qarşı sui-qəsddə şübhəli bilinən danimarkalının Türkiyədə həbsdən azad edilməsindən ciddi narahat olub. 27 yaşlı Livan əsilli danimarkalının 2013-cü ilin fevral ayında poçtalyon geyimində Lars Hedeqorun evinə gələrək ona tapança ilə atəş açmaqda günahlandırılır. Həmin vaxt sui-qəsdçinin atəşi sərrast olmamışdı. 

Həmin şübhəlinin Mosulda girov götürülən türk diplomatların əvəzinə İŞİD-ə verildiyi ehtimal edilir./ans/