Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin hava haqqında verdiyi məlumata əsasən ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozu verilmişdi. 

Hazırda isə Qubanın dağ kəndlərində, Gədəbəydə, Daşkəsəndə, Lerikdə, Yardımlıda sulu qar və qar yağır.