Bakının Nizami rayonunda yataqxanada partlayış baş verib. 

ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış Ordubadi küçəsində qeydə alınıb.

Hadisə saat 11 radələrində baş verib. 

Əraziyə yanğınsöndürən və təcili yardım maşını cəlb edilib. Yanğının böyüməsinin qarşısını almaq mümkün olub. 

Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. İkisinə isə ambulator yardım göstərilib. Hadisə haqda ətraflı məlumat verəcəyik.