Türkiyə cümhuriyyətinin quruluşunun 91-ci ildönümü ABŞ-ın Nyu York şəhərində də qeyd edilib.

Finans mərkəzi “Wall Street”dəki “Bowling Green Park”da keçirilən tədbirdə Türkiyənin Nyu Yorkdakı səfiri Ertan Yalçın və ABŞ türk icmalarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə "Midnight Express” (Gecəyarısı Ekspresi) kitabı ilə eyni adlı filmə ilham mənbəyi olan və Türkiyənin beynəlxalq arenada imicini zədələyən yazar Billi Heys də iştirak edib. Türkiyənin dövlət bayrağını öz əli ilə dirəyə qaldıran Heyes yazdıqlarına görə peşman olduğunu deyib. 

Türk xalqının bağışlayıcılığına sığındığını deyən Heyes kitabda yazdıqlarının filmdə göstərilənlərdən fərqli olduğunu, türk xalqına zərər vermək istəmədiyini və baş verənlərə görə peşman olduğunu bildirib. Yazar həmçinin Türkiyə bayrağını dirəyə qaldırmağın özü üçün üzr və rahatlıq mənbəyi olacağını deyib. 

Qeyd edək ki, 1977-ci ildə nəşr olunan kitabda Türkiyədən ABŞ-a narkotik aparmaqda ittiham olunaraq həbs olunan amerikalının Türkiyə həbsxanasında başına gələnlərdən bəhs olunur. 1978-ci ildə əsər əsasında film çəkilib və həmin kino 6 nominasiya üzrə 52-ci Akademiya mükafatına namizəd göstərilsə də sadəcə 2 mükafat ala bilib./ans/