Türkiyənin Kayseri vilayətində bacanaq baldızını zorlayıb. 

Hadisə fermaların birində baş verib.

Kayseri şəhərində yaşayan 51 yaşlı Menderes Oflazoğlu baldızı 48 yaşlı Canser Gezeri zorlayıb. Hadisə axşam saatlarında baş verib.

Belə ki, Menderes Oflazoğlu axşam saatlarında arvadı Fahliyə Oflazoğluya gəzməyə getdiyini deyərək evdən çıxıb. O, 1,5 kilometr aralıda fermada yaşayan baldızının evinə gedib. Baldızına zorla cinsi əlaqəyə girib. Bu zaman qadının əri 50 yaşlı Yaşar Gezer gəlib. Bacanağının arvadını zorladığını görüb.

“İnsan baldızına tamah salar?” deyən Yaşar Gezer bacanağını öldürüb. Daha sonra ərlə arvad birləşərək Menderes Oflazoğlunun cəsədini xalçaya büküblər. Mobil telefonunu isə bağlayıblar. Dhaa sonra cəsədi basdırıblar.

Ərinin geri qayıtmadığını görən Fahliyə Oflazoğlu həyat yoldaşının itməsi barədə polisə müraciət edib. Araşdırmalar zamanı qətlin üstü açılıb.

Bacanaqlarını öldürən cütlük saxlanılıb. Məhkəmənin qərarı ilə ərlə arvadı 15 il azadlıqdan məhrum ediblər./ans/