Bakıda ər həyat yoldaşını döyüb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Rayon sakini, 43 yaşlı Mömünə Çerpanova həyat yoldaşı tərəfindən döyülüb. M. Çerpanova həkimlərə ərinin ona balta ilə xəsarət yetirdiyini deyib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi məlumatlandırılıb.