Şairə Nurəngiz Gün vəfat edib.

Mərhumun qızı, millət vəkili Jalə Əliyevanın APA-ya verdiyi məlumata görə, Nurəngiz  Gün gecə saatlarında dünyasını dəyişib.

N. Günün uzun müddətdir xəstə olduğu bildirilir. 

Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.