Ermənistan Rusiya ilə münasibətləri qul və ağa arasında olan münasibət kimi deyil, tərəfdaş kimi qurmalıyıq. 

ANS-in məlumatına görə, bunu erməni politoloq Levon Şirinyan Ermənistanın Avrasiya İttifaqına girmək üçün imzaladığı sazişi çox təhlükəli sayıb. 

Onun fikrincə, yalnız Rusiya deyil, Qazaxıstan və Belarus da Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün Dağlıq Qarabağ məsələsindən istifadə edərək Ermənistanı sıxışdıra bilərlər. 

“Bu daimi təhlükənin qarşısını almaq üçün biz gərək əsas strateji tərəfdaşımız Rusiya ilə əməkdaşlığı gücləndirək, onunla qulun ağaya olan münasibətindən tərəfdaşlıq münasibətlərinə keçək”,- deyə Şirinyan vurğulayıb. 

Amma erməni politoloq ölkəsinin qul vəziyyətindən necə xilas etməyin yollarını göstərməyib. Adətən, qulluqdan azad olmaq üçün pul vermək lazımdır ki, bu da ermənilərdə yoxdur. Ermənilərin verəcək bir şeyi var ki, o da dövlət müstəqilliyidir. Ermənistan da tanınmamış Abxaziya və Osetiya kimi Rusiya Federasiyasına daxil olmaq üçün müraciət etməlidir ki, ruslarla ermənilər bərabər hüquqlu olsun. Əks halda, ermənilər ruslara qulluq etməkdən xilas ola bilməyəcəklər.