Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin yanvarın 23-də imzaladığı əmrlə magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini təsdiqlənib. 

TQDK-nın mətbuat xidmətindən modern.az-a verilən məmulata görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 3-12 fevral tarixlərinə keçiriləcək.

Magistraturaya qəbul imtahanının I mərhələsi 22 fevral, proqram seçimi 1-10 aprel, qəbul imtahanının II mərhələsi 26 aprel, ixtisaslaşma seçimi 7-12 may, boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyun tarixlərində həyata keçilərəcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 16-23 fevral, qəbul imtahanının I mərhələsi 15 mart, II mərhələsi 7 iyul, ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyul tarixlərində keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları bu ilin 5, 12, 19 aprel, 3 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının və tədbirlərin plan qrafiki elan olunacaq.