Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonunda istifadəyə yararlı silah-sursat tapılıb.

Bakı şəhəri, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. 

Mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış istifadəyə yararlı olan 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aidiyyəti üzrə təhvil verilib. 

Mütəxəsislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib. 

Əməliyyat saat 21:00-da başa çatıb./ans/