Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü bu il Tüerkmənistanda keçiriləcək. 

Bu barədə xəbər Türkiyə Xarici İşlər Nazirliyinin saytında yayılıb. 

Elmar Məmmədyarov, Mövlüd Çavuşoğlu və Rəşid Meredov arasında keçiriləcək üçtərəfli görüş yanvarın 29-da baş tutacaq. 

Xatırladaq ki, bundan əvvəlki üçtərəfli görüş 2014-cü ilin may ayında Azərbaycanın paytaxtı Bakıda olmuşdu. 

Həmin görüş zamanı enerji, nəqliyyat və üç ölkə barədə digər yerli və regional məsələlər müzakirə olunmuş, regionda baş vermiş beynəlxalq hadisələr barədə fikir mübadiləsi olmuşdu./ans/