Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb.

İclasda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqlar aparılacaq. 

Bununla yanaşı, 2015-ci il ərzində Astanada keçirilmәsi planlaşdırılan sammitin gündәliyi vә tarixi də müәyyәn olunacaq. 

Qeyd edək ki, xüsusi işçi qrupun 39-cu iclasında xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlәr. 

Xüsusi işçi qrupun 39-cu iclası sabah da davam edəcək./ans/