“Bizim millətin bir xüsusiyyəti var. Biz milli məsələlərdə birləşməyi bacarmırıq. Mən görməmişəm ki, ermənilər milli məsələlərdə fərqli mövqedə çıxış etsin. I Avropa Oyunlarına qarşı çıxmaq Azərbaycanı sevməməkdir”.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, parlamentin plenar iclasında çıxışı zamanı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatını da şərh edib. 

“Vatikanda olmuşam. Oranı gəzəndə gördüm heykəl var. Dedilər erməni katolikosunun heykəlidir. Dedilər bu da bizim kardinaldır. Ancaq arxa qapıdan gələn kardinal. Əgər onlar bunu belə qəbul edirlərsə, biz normal yanaşmalıyıq. Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri belə siyasətə qarışmamalıdırlar.

100 il olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.

Spiker əlavə edib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər:

“Bu barədə də tarixi sənədlər var.. Bu tarix məsələsidir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni kotolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”./ans/