İraq Şam İslam Dövləti (İŞİD) növbəti dəfə bir azərbaycanlını edam edib.

Əbu Mahmud ləqəbli azərbaycanlı "Səudiyyə Ərəbistanı agenti" adıyla edam edilib.

Son dövrlər İŞİD-in tərkibində vuruşan azərbaycanlıların müxtəlif adlar altında edam olunmaları haqda xəbərlər yayılır.

Bir müddət öncə, Sirac Azəri adlı azərbaycanlının da "xəvaric" ittihamı ilə İŞİD tərəfindən edam edilməsi haqda "Timetürk" saytı məlumat yaymışdı./modern/