Avropa Parlamentinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı qərarına bütün dünyada yaşayan türklər etiraz səsini ucaltmalıdır.

Bunu Milli Məclisin üzvü Qənirə Paşayeva Avropa Parlamentinin qondarma erməni qoyqırımı ilə bağlı qətnaməsinə münasibət bildirərkən deyib.
 
Millət vəkili qeyd edib ki, dövlətlərimiz qədər Avropada yaşayan türk kökənli insanlar da yaşadığı Avropa ölkələrində bu müzakirələrə dəstək vermiş millət vəkillərinə və Avropa Parlamentinə ciddi etirazlarını bildirməlidirlər.
 
“Avropa Parlamentinin yalanlarla bağlı qərarını heç bir türk insanı tanımayacaq və qəbul etməyəcək. Avropa Parlamenti bu qərarı ilə ədalətsiz və haqsızlığa imza atmaqla bərabər bir sıra Avropa ölkələri qondarma erməni soyqırımı yalanlarından öz məqsədləri üçün necə istfadə etdiklərini də bir daha göstərdilər. Onların dərin maraqlarını isə hər bir insanımız yaxşı bilməlidir”.
 
Q.Paşayeva vurğulayıb ki, yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada gerçəkləri daha çox anlatmaqdır.
 
“Ermənistanın, ermənilərin Qarabağda, Xocalıda törətdiyi dəhşətləri, soyqırımı türk kökənli bbütün insanlar dünyaya daha çox çatdırmalı,yalanlara qarşı gerçəklərlə müzarizəni daha da genişləndirməlidir”.