Binəqədi rayonu Azadlıq 189-da yerləşən hündürmərtəbəli binada baş verən yanğında ölənlərin sayı bir qədər də artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, yanğın zamanı ölənlərin sayı 10-a çatıb.

Yanğın nəticəsində xəsarət alanlar 43 nəfərdən 24-ü xəstəxanaya yerləşdirilib. 9 nəfər yerində ilkin tibbi yardım göstərilərək evə buxaraxılıb. 

Qeyd edək ki, dəhşətli yanğın hadisəsi bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. 

Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Məlumata görə, iki nəfər özünü yanan binadan aşağı atıb.