Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji əməkdaşlığının inkişafına sadiqdir.

Bunu mətbuat konfransında Aİ-nin ali nümayəndəsi Riqada keçirilən IV "Şərq tərəfdaşlığı" sammiti ərəfəsində "Şərq tərəfdaşlığı" ölkələrinin jurnalistlərinə deyib.

Qeyd edilib ki, Azərbaycan və Aİ arasında enerji əməkdaşlığının inkişafı üçün çox sıx əlaqələr mövcuddur.

Aİ-nin nümayəndəsi əlavə edib ki, Aİ Azərbaycanın "Cənub Qaz Dəhlizi" və Transanadolu qaz kəməri layihələrinin inkişafı üzrə səylərini yüksək qiymətləndirir./trend/