Dünən Bakıda hündürmərtəbəli binada baş verən yanğın zamanı bir ailənin üzvlərinin hamısı həlak olub.

Bu barədə telejurnalist Esmira Qasımova bildirib.

O, qeyd edib ki, yanğın zamanı dünyasını dəyişmiş 16 yaşlı Davudun müəlliməsi bildirib ki, Davud 10-cu sinifdə oxuyurmuş.

Saytlar onun və 21 yaşlı ali məktəb tələbəsi olan bacısı Ülkərin adının da həlak olanlar siyahəsında olduğu barədə məlumat veriblər.

 Sən demə bu, hələ hamısı deyilmiş. Ataları çoxdan rəhmətə gedən bu yeniyetmə və gənc xanım həkim analarının himayəsi altında böyüyüblər.

 Ana həmin gün gecə növbəsindən qayıdıb yatıbmış.

Həmin günə qədər bir dərsi belə buraxmayan Davud faciə günü qismətdənmi, ya nədənsə məktəbə getməyib. Davud, anası və 21 yaşlı tələbə bacısı yanğın zamanı həyatlarını itiriblər. Bütöv bir ailə yox olub.

Davudun müəlliməsi sonda belə deyib: “Təsəllimizə baxın – nə yaxşı ki, ailədən biri sağ qalmayıb, yoxsa o, bu dərddən param-parşa olardı”…/modern/