Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks hazırladığı məruzədə Şərq Tərəfdaşlığı ölkəsi olan Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin aşkar şəkildə pisləşdiyini söyləyib.

Avropa ombudsmanı iki aydır hazırladığı məruzədə Ermənistan hakimiyyətini sərt şəkildə tənqidə məruz qoyub və xüsusi narahatlığını belə ifadə edib: "Ədalət dozalara bölünmüş şəkildə həyata keçirilir, ayrı- seçkiliyə yol verilir. Belə ki, bir tərəfdən, hakimiyyətə bağlı şəxslər barəsində yumşaq rəftar olunur, digər tərəfdən, hakimiyyətin opponentlərinə qarşı sərt rəftar göstərilir, onlara ağır cəza verilir."

O, bir gün əvvəl Riqada yenə Ermənistan hakimiyyətini 10 ildən çoxdur A1+ müstəqil televiziya şirkətinin xalqın üzünə açılmasını yubaddığına görə tənqid atəşinə tutub: "Mən bundan çox narahatam. Ölkədə söz azadlığı boğulur, plüralizmin səviyyəsi azalır."

Ümumiyyətlə, aydın məsələdir və heç kəsə sirr deyil ki, Ermənistanda iqtisadi vəziyyətlə yanaşı, siyasi vəziyyət günbəgün həddindən artıq pisləşir, gərginlik artır, İrəvanda hüquq müdafiəçiləri barəsində genişmiqyaslı repressiyaların şahidi oluruq.

Serj iqtidarı bloggerlərə, hakimiyyəti tənqid edənlərə divan tutulur. Təbii ki, son vaxtlar belə hadisəslərin daha da çoxalması, xalqla hakimiyyət arasında geniş uçurumun yaranması beynəlxalq müşahidəçilərin və təşkilatların diqqətindən yayınmır./ans/