İyunun 26-da saat 18:30-da Ermənistanın Naxçıvanla sərhədində bir erməni hərbçisi öldürülüb.

Bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin  mətbuat katibi Artsryun Ovannisyan özünün Facebook səhifəsində qeyd edib.

A.Ovannisyan bildirib ki, ölən əsgər Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən sıravi, 1987-ci il təvəllüdlü Arman Maisoviç Yepremyandır.

Onun Azərbaycan tərəfinin açdığı atəş nəticəsində öldüyü qeyd edilir.

Artsryun Ovannisyan əsgərin ailəsinə başsağlığı verib./modern/