Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarənin ictimai qurumlarla  əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, müraciətdə isti hava şəraiti ilə əlaqədar kondensioneri olmayan avtomobillərdən istifadə etməmələri tövsiyə olunur.

K. Əliyev həmçinin bildirib ki, statistikaya əsasən respublika ərazisində yay aylarında yol qəzalarının əksəriyyəti günorta qeydə alınır.