Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayon Məhkəməsində 3 Azərbaycan vətəndaşına hökm oxunub.

Onlar xüsusilə qiymətli su-bioloji ehtiyatların qanunsuz ovlanmasında günahkar sayılıb.

2014-cü ilin yazında azərbaycanlılar “Bayda” tipli kiçik gəmi ilə Xəzərin şimal hissəsinə gedərək ümumi uzunluğu 1408 metr olan 14 tor qurublar. Torlar sudan çıxarılarkən nərəkimilər növündən olan 486 balıq aşkarlanıb.

Azərbaycan vətəndaşları bu qanunsuz fəaliyyətlə Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.   

Qrupun təşkilatçısı 5,6 il azadlıqdan məhrum edilib. Digər hüquq pozucuları isə cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət aləti dövlətin xeyrinə müsadirə olunub./apa/