Texnologiyanın inkişafı həyatımıza, yaşam tərzimizə, hətta qəbul etdiyimiz qida məhsullarına təsir edib.

Məhsulların tərkiblərinin dəyişdirilməsi, GMO-lu qidaların rasiyonumuza daxil edilməsi təbii ki, fəsadsız ötüşə bilməz.

Təkcə qida deyil, aldığımız hava da artıq səhhətimizə təsirsiz ötüşmür.

Bu təsirlərin nəticəsidir ki, son zamanlar dünyada əlil uşaqların sayında artımlar müşahidə edilir. Düzdür, müəyyən tibbi müdaxilələrlə bunun fəsadlarını müəyyən qədər aradan qaldırmaq olur. 

Məsələn, eşitmə qüsurlular üçün qulaq aparatlarının olması bu problemi müəyyən qədər həll edir.

Dünyada ümumən götürdükdə anadan qüsurlu doğulan uşaqların sayı artır.

Birləşmiş Millətlər Təşkilatının bununla bağlı hesabatında göstərilir ki, qüsurla doğulan uşaqlarının sayının artması müasir dünyanın bir nömrəli bəlasına çevrilib. Azərbaycanda bu sahədə vəziyyət yəqin ki, hər biriniz üçün maraqlıdır. 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2014-cü ilin sonuna kar, zəif eşidən və ya nitq qüsurlu uşaqların sayı 10,7 min təşkil edib.   Bu rəqəm 2013-ci illə müqayisədə 8,3 faiz azalıb.