Sabirabadda güllələnmə hadisəsi baş verib.

Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra isə özünə xəsarət yetirib.

Yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd “İJ” markalı tüfəng götürülüb./trend/