Erməni hərbçiləri Gürcüstanın Ermәnistanla sәrhәddindəki azәrbaycanlılar yaşayan Sadaxlı kəndində 20 hektar torpağı zəbt ediblər”.

Bunu Modern.az saytına açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

O bildirib ki, həmin ərazilər Gürcüstanda yaşayan azərbaycanlılara məxsusdur: “Bununla bağlı rəsmi dövlət strukturlarına müraciətlər olundu. Təəssüflər olsun ki, Gürcüstan rəsmiləri bəyanət verdi ki, belə bir halyoxdu. Amma bizim əlimizdə fakt var ki, o torpaq doğurdan da Gürcüstanda yaşayan azərbaycanlılara məxsusdur. Bu ərazinin Ermənistanla heç bir əlaqəsi yoxdur.

Bir neçə gün bundan öncə erməni sərhədçiləri həmin kənddə iki azərbaycanlını tutmuşdu. Səs-küy qalxandan sonra həmin gün buraxdılar. Azərbaycanlılar Debet çayı ətrafında heyvanlarını otarırlar və ya həmin çayda çimdikləri yerdə erməni hərbçiləri onları tutub aparmışdı”.

Azər Süleymanov ermənilər tərəfindən azərbaycanlılar yaşayan ərazilərin 10-20 hektarının zəbt etməsi ilə bağlı dəqiq sübutunun olduğunu da deyib: “Artıq özlərinin sərhəddini də çəkiblər. Çox təəssüflər olsun ki, hazırki Gürcüstan hakimiyyəti bu işlərə susur. Bilmirəm nəyə görə. Bir tərəfdən Rusiya, digər tərəfdən Ermənistan Gürcüsatan torpaqlarını zəbt edə-edə gedirlər.

Bu kəndlərdə tarix boyu azərbaycanlılar yaşayıb. Açıq deyə bilərəm ki, bu gün Gürcüstan rəhbərliyi Ermənistana daha yaxın bir mövqe seçib. Azərbaycanlı kəndləri olduğuna görə, rəsmi Gürcüstan dövləti bu məsələni qabartmaq belə, istəmir. Sanki heç kimə lazım deyil”.