Türk Hava Qüvvələrinin Şimali İraqda və ölkə daxilində PKK-ya qarşı daha 2 böyük əməliyyat həyata keçirib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 190 terrorist öldürülüb, 300 terrorçu isə yaralanıb. Türkiyə hökumətinin təlimatı ilə Türk Sialhlı Qüvvələri son bir həftədə PKK terror təşkilatına qarşı başlatdığı hərbi əməliyyatlarda çox sayda terrorçu məhv edib. 

Ümumi əməliyyatlar nəticəsində 261 terrorçu öldürülüb, 300-dən çox qruplaşma üzvü isə yaralanıb. Yaralananlar arasında HDP-nin həmsədri Səlahəddin Demirtaşın qardaşı Nürəddin Demirtaşın olduğu da deyilir.

Öldürülən 261 terrorçudan 188 nəfəri Kandildə öldürülüb.

28 nəfəri Uluderedə olmaqla 73 terrorçu da ölkə daxilində öldürülüb. 300 terrorçu yaralanıb. 150 hədəf artilleriya atəşi ilə vurulub. Kandilin ¼ məhv edilib.

Əməliyyat zamanı Türkiyənin tanker təyyarələri ilk dəfə havaya qalxaraq “F-16” qırıcılarını havada yanacaqla təmin edib.

Ümumilikdə, 70 hərbi təyyarə havaya qalxıb. Basdırılmış cəbbəxana çadırı məhv edilib.“F-16” və “F-4” qırıcıları terror hədəflərinə bomba yağdırıb.  25 “DŞK” pulemyotu məhv edilib.