Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Bayburtda, Beşpınarda BEKDER-in təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin dəstəyi ilə möhtəşəm "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi" keçirilib.

Tədbirin açılışında çıxış edən SОCАR Türkiyə başqanı Kənan Yavuz çıxışında tariximiz,ədəbiyyatımız, mədəniyyətimizdən bəhs etdi və gənc nəsilləri onlara daha çox sahib çıxmağa dəvət etdi.

Millət vəkili Qənirə Paşayeva gecədə çışıx edərək Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən söz açıb.Yaxın günlərdə Azərbaycanda da “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini deyən və hər kəsi dəvət edən millət vəkili Qənirə Paşayeva çıxışını inşallah bu cür gözəl tədbirlərimizi birlik və bərabərlik içərindən Ermənistanın işğalından azad edəcəyimiz Xankəndimiz, Şuşamız, Xocalımız və bütün o gözəl torpaqlarımızda da yaxın zamanlarda qeyd edək deyərək bitirib.

Sonra çıxış edən BEKDER təmsilçiləri, Azərbaycanlı alim Abbas Seyidov bu cür tədbirlərin keçirilməsinin önəmindən danışıblar və tədbirin təşkilatçılarına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı hədiyyələr və kitabları hədiyyə ediblər.

Sonra Azərbaycan gecəsi böyük konsert ptoqramı ilə davam edib.Əməkdar artist Nuriyyə Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin bölüm başqanı,şair Sərvaz Hüseynoğlu, yazıçı jurnalist Təranə Vahid, şairələr Gülayə, Fərqanə Mehtiyeva çıxış edib öz şeirlərini oxuyublar.

Azəbaycanlı aparıcı Nüranə Axundovanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Mədəniyyə Nazirliyinin dəstəyi ilə Bayburta səfər etmiş mədəniyyət və incəsənət xaqdimləri, gənc musiqiçilər və rəqqasların çıxışı, eləcə də aşıq İlham Əsgəroğlunun ifaları dərin coşqu hissi ilə qarşılanıb.

Tədbir dahi Üzeyir Bəyin, böyük Əhməd cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsərinin və "Qarabağ şikəstəsini"nin bütün tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başa çatıb.