“Tibbi sığortanın tətbiqi büdcənin doldurulması istiqamətində bir addım ola bilər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fuad Muradov bildirib. O, qeyd edib ki, səhiyyə sistemində inkişaf gedir, infrastruktur layihələri, yaxşı təmir işləri həyata keçirilir, müasir avadanlıqlar alınıb. 

“Biz bu sahədə olan problemləri bilirik. Ona görə tibbi sığortanın tətbiqi büdcənin doldurulması istiqamətində bir addım ola bilər. Yəni dünyada tibbi sığortadan gələn gəlirlər xüsusi gəlirlərdir.

Tibbi sığortanın tətbiqinin yubanması hansı problemlə əlaqədardır? Çox istərdim ki, plenar iclasda Maliyyə Nazirliyinin nümayəndələri bizə məlumat versinlər ki, tibbi sığortanın həyata keçirilməsində hansı problemlər var.

Məndə olan məlumata görə, büdcədən kifayət qədər maliyyə ayrılıb”-deyən F.Muradov Maliyyə Nazirliyinin rəhbərliyi qarşısında təkliflə çıxış edb.