Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.

APA-ın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. 

Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.