Azərbaycanın “Nağd pul” rep qrupu “O səs Türkiyə” proqramına qatılıb.

4 məşhur mahnını remix edən qrup üzvləri “Bizi tanımağınıza az qaldı” repini səsləndirib.

İfası ilə münsifləri özlərinə döndərə bilən həmyerlilərimiz Hadisə ilə Ebru Gündeşi səhnəyə çıxardaraq onlarla rəqs edib.

Tamaşaçıların istəyi ilə mahnılarını ikinci dəfə səsləndirən “Nəğd pul” Gökhan və Hakan qardaşlarını seçib./qafqazinfo/