Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gəliblər.

Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar./trend/