Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.

Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsindən ov tüfəngi ilə vuraraq qətlə yetirib.

Bundan sonra Ə. Hüseynov özünü güllə ilə vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır./apa/