Zaqatalada 26 yaşlı bir gəncin müəmmalı şəkildə qolları kəsilib.

Hadisə dünən axşam saat 23:45 radələrində baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyyəsindən təmamilə kəsilib.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində təcili cərrahiyyə əməliyyatı aparılıb. 

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun Anspress-ə ə verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib. 

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar.
 
Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən. 
 
Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır. 
 
Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib. 
 
Faktla bağlı Zaqatala rayon polis şöbəsindən bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb.
 
Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir./bizimyol/