Dağıstanda “donuz qripi”nə yoluxanların sayı 108 nəfərə çatıb. 

Bu barədə Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirova bildirib.

“Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər  xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb”, deyə L.Tahirova qeyd edib.  

Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə “donuz qripi” diaqnozu ötən ilin noyabrında qoyulub./modern/