“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır”. 

Bunu Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Araz Əzimov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir.

Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün küçirilməsinə çağırıb.

“Azərbaycan terrorizm, narkotik vasitələrin dövriyyəsi və radikalizm ilə mübarizə sahəsində beynəlxalq normalara sadiqdir”,- deyə Əzimov bildirib.

Nazir müavini Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.  

“2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının  yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına  növbəti töhvəsi olacaq. Multikulturalizmin təşviqi - Azərbaycanın dövlət siyasətidir”, deyə Əzimov qeyd edib./modern/