Fevralın 14-də Azərbaycan Premyer Liqasında XXI turun ilk oyunu keçirilib.

Günün, həm də turun mərkəzi qarşılaşması Gəncədə olub.

Bu matça qədər ilk “üçlük”də qərarlaşan “Kəpəz” lider “Qarabağ”ı qonaq edib. Yeddi tur uduzmayan Gəncə təmsilçisi öz meydanında məğlub olaraq, turnir cədvəlində bir pillə geriləyib.

Oyuna gəldikdə, qonaqlar hesabı erkən açıb. Rəşad Sadiqov komandasını hesabda irəli çıxarıb – 0:1. Birinci yarının 45-ci dəqiqəsində isə Namiq Ələsgərov müqavilə ilə məxsus olduğu komandanı məyus edərək, tarazlığı qoruyub.

Əfran İsmayılovun 82–ci dəqiqədə kurioz qolu Qurban Qurbanovun yetirmələrinin qələbəyə sevinməsinə səbəb olub.

Beləliklə, hazırda liderliyini davam etdirən ağdamlılar turnir cədvəlində xallarının sayını 44-ə çatdırıb. 32 xala sahib olan “Kəpəz” isə bir pillə geriləyərək, dördüncü sırada qərarlaşıb./azertag/